Назад
Sağlamlıq
1 Мая 2026
1 dəq oxuma

Arıqlamağın Elmi Yolu: Əməliyyatsız və Qalıcı Nəticə

Leyla Zülfüqarlı
Dr. Leyla Zülfüqarlı
Həkim-Diyetoloq, Nutrisioloq, Funksional Tibb Həkimi, Anti-Age mütəxəssisi

Çox vaxt mənə arıqlamaq üçün idman və ya cərrahiyyə haqqında suallar verirlər. Bir mütəxəssis kimi bildirmək istəyirəm ki, artıq çəkili və sağlamlıq problemləri olan şəxslər üçün idman hər zaman çıxış yolu deyil; burada fərdi yanaşma şərtdir. Son dövrlər populyarlaşan mədə kiçiltmə (bariatrik cərrahiyyə) əməliyyatlarının isə ciddi fəsadları ola bilər. Liposaksiya isə bir arıqlama üsulu deyil, sadəcə bədən konturlarının düzəldilməsidir.

Pəhriz Bitdikdən Sonra Yenidən Kökəlmək Olarmı?

Bizim tətbiq etdiyimiz fərdi proqramların ən böyük üstünlüyü qalıcı olmasıdır. Düzgün metodika ilə pəhriz bitdikdən sonra belə çəkinizi qoruya bilərsiniz. Burada suyun rolu əvəzsizdir: gün ərzində ən azı 2 litr su içmək, suyu yeməkdən yarım saat əvvəl və bir saat sonra qəbul etmək nəticəni sürətləndirir.

Pəhriz zamanı edilən ən böyük yanlışlıqlardan biri yağlardan tamamilə imtina etməkdir. Unutmayın ki, ekoloji təmiz yağlar artıq çəki yaratmır, bizim əsl düşmənimiz şəkərdir. Arıqladıcı preparatlardan isə qətiyyən uzaq durmağı tövsiyə edirəm.

Sağlam qidalanmanın sirləri və elmi metodikalarım haqqında daha ətraflı məlumatı "Sağlam bəslən, arıqla!" və "Köklüyün sirri, arıqlığın açarı" adlı kitablarımdan oxuya bilərsiniz. Unutmayın, sağlamlıq düzgün qidalanmadan başlayır!